DAVAM EDƏN ERMƏNİ TERRORİZMİ - -Rafael Hüseynov

DAVAM EDƏN ERMƏNİ TERRORİZMİ -Rafael Hüseynov

Daha bir narahat gecə yaşayırıq. Ürəyimiz Gəncədədir.
Ermənistan növbəti terror aktını törədib, daha bir hərbi cinayət gerçəkləşdirb.
Terroru lap çoxdan dövlət siyasətinə çevirmiş təcavüzkar Ermənistan bir neçə saat əvvəl Gəncənin mülki əhalinin sıx yaşadığı iki nöqtəsinə raket atəşinə tutdu.
Ölənlər, yaralananlar var və müdhiş dağıntıların görüntülərini izlədikcə kədər duyğusuyla təxmin etmək çətin deyil ki, zərədidələrin sayı yəqin ki, artacaq.
Humanitar atəşkəs haqqında razılığın əldə edilməsindən dərhal sonra oktyabrın 11-də Gəncəyə açılmış erməni raket atəşlərinin ardınca oktyabrın 17-si gecəsi Ermənistan ərazisindən açılan bu atəşlər nəfəsi üzülən, çökən, tam iflasın lap astanasında olan cinayətkar rejimin yalnız xof yaratmaq cəhdi deyil.
Əsas çirkin məqsəd üçüncü dövlətləri bu müharibəyə qatmaqdır.
Cinayətkar Ermənistan Azərbaycanı heç bir təxribata çəkə bilməyəcək, elə bu saatlarda uydurduqları yalanlar da keçməyəcək, ən yaxın günlərdə şanlı ordumuz bütün bu vəhşilikləri törədənlərin ən ağır cəzasını verəcəkdir.
Ermənistan belə namərd addımları ilə insanlarımız arasında vahimə yaradacağını düşünsə də, əksinə, bu qanlı terror aktları millətimizin içərisindəki azadlıq eşqini, qisas duyğusunu qüvvətləndirir, hər an böyük qələbə saatını yaxınlaşdırır.
Gəncənin, Azərbaycanın başı sağ olsun -- gecə 4-ü keçir artıq həyatını itirənlərin sayı 10-u ötdü, yaralılarımızın miqdarı 40 -dan çox.
Vətəndaşlarımızın bu gecə və bu gecəyədək axan bir damla qanı belə əvəzsiz qalmayacaq.
Bu oktyabr gecəsində şirin yuxudaykən Ermənistanın raket atələrşiylə öldürdüyü dinc insanların, məsum körpələrin qanını Azərbaycan heç vaxt bağışlamayacaq, Allah da bağışlamaz!
Ermənistanın Gəncəyə və gəncəlilərə qarşı 11 oktyabr teraktından sonra Nizami muzeyi kollektivi adından təcavüzkarı ifşa edən və dünya muzeylərində çalışan həmkarlarımızı bizimlə həmrəyliyə səsləyən 10 dildəki müraciətimizi 100-ədək ünvana göndərməyi nəzərdə tutmuşduq.
Artıq həmin müraciət bir çox yerlərdə dərc edilib, dünyanın 5 qitəsindəki 300-dək məşhur muzeyə və mədəniyyət mərkəzinə göndərilib.
Ermənistanın Nizami şəhərinə, Nizami yurddaşlarına yeni xain həmləsi, Azərbaycana qarşı davam edən qəsbkarlığı barədə həqiqətləri səhər açılınca yenə dünyaya yayacağıq!
Haqq Azərbaycanladır, Qələbə bizimdir! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !