Rauf Məmmədov turnirə uğurla başlayıb - İNTİQAM Məmmədov (AzpressAZ)

Rauf Məmmədov turnirə uğurla başlayıb İNTİQAM Məmmədov (AzpressAZ)

Bu gün Azərbaycan şahmatçısı Rauf Məmədovun da qatıldığı "Champions Chess Tour" turnirinin təsnifat mərhələsinə start verilib. Onlayn keçirilən turnirdə həmyerlimiz yeganə vəsiqə uğrunda Petr Svidler, Qriqoriy Oparin (hər ikisi Rusiya), Samuel Şenklend (ABŞ), Matias Blyubaum (Almaniya), Qeveyn Cons (İngiltərə) və hindistanlı Sunidut Narayanla qarşılaşmalı olacaq. Turnirin bu günə təsadüf edən start günü Məmədov üç oyun keçirib və hamısını da qələbə ilə bitirib. Cons. Oparin və Naravyanı məğlub edən Məmmədov 3 xalla yarış cədvəlində ikinci pillədə yer alıb. Şahmatçımız onunla eyni xala malik olan Svidlerdən yalnız əlavə əmsallara görə geri qalır. Xatırladaq ki, yarışın qalibi bəlli turnirin final mərhələsinda oynamaq hüququ qazanmış olacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !