Azerbaijan Journal of Botany jurnalının ilk nömrəsi işıq üzü görüb -

“Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsi işıq üzü görüb

Azərbaycan Botaniklər Cəmiyyətinin “Azerbaijan Journal of Botany” jurnalının ilk nömrəsi işıq üzü görüb. Jurnal cəmiyyətə daxil olan müxtəlif elmi təşkilatların nümayəndələrinin birgə marağı əsasında təsis edilib və respublikada aparılan elmi-tədqiqatişlərinin maraqlı nəticələri ilə geniş auditoriyanı tanış etmək məqsədi daşıyır. Jurnalın baş redaktoru Azərbaycan Botaniklər Cəmiyyətinin sədri akademik Validə Əli-zadədir.
Xatırladaq ki, jurnalın əhatə dairəsi genişdir, floristika, sistematika, taksonomiya, fotosenologiya, etnobotanika, introduksiya, botanika fiziologiyası, molekulyar biologiya və biotexnologiya da daxil olmaqla bitki və göbələk elminin bütün sahələrində aparılan eksperimental tədqiqat işləri çap olunur. Jurnalın ilk nömrəsində Azərbaycanın beş elmi təşkilatdan göndərilmiş 15 məqalə öz əksini tapıb. “Azerbaijan Journal of Botany” üç dildə (azərbaycan, inglis, rus) və ildə iki dəfə dərc olunur.
Jurnala məqalə qəbulu il boyu Azərbaycan Botaniklər Cəmiyyətinin internet səhifəsinə (www.botany.az) yerləşdirilmiş təlimat üzrə həyata keçirilir. Qeyd edək ki, artıq növbəti ikinci nömrəyə məqalə qəbulu yaxın günlərdə başlanacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !