12 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

12 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 13 Oktyabr tarixində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Oğuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 10 (on) və Dövlət Sərhəd Xidmətindən 1 (bir) müraciət daxil olmuşdur.
 


Daxil olmuş 11 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər kəndi və E.Sadıqov küçəsi, Bərdə rayonunun Hacılar, Füzuli rayonunun Horadiz şəhəri, Oğuz rayonunun Xaçmaz kəndi, Tərtər rayonunun Borsunlu, Seydimli kəndləri və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
 


Agentliyin partlayış qrupu tərəfindən 722 ədəd (9N235) bombacıq, 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd tərkibində 72 ədəd 9N235 bombacığı olan 9M525 raketi və 1 ədəd dronunun partladıcısı partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !