Vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə videoçarx hazırlanıb - VİDEO
Bu xəbəri paylaş
Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə Bakı Media Mərkəzi ilə birgə videoçarx hazırlanmışdır.
Videoçarxda Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Mübariz Tağıyev Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin qarşısında “Ulu torpaq” mahnısını ifa edir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !