Nizami Muzeyinin əməkdaşları düşmənlə informasiya müharibəsində fəal iştirak edir - -FOTO=2

Nizami Muzeyinin əməkdaşları düşmənlə informasiya müharibəsində fəal iştirak edir -FOTO=2

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Vətən müharibəsi çərçivəsində düşmənlə informasiya mübarizəsində yaxından iştirak edir. Belə ki, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri işğalçı Ermənistan tərəfindən yayılan saxta və təxribatçı məlumatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə töhfə vermək təşəbbüsünə qoşulublar.
Əsasən “Facebook”, “Twitter” və “İnstagram” hesablarında fəallıq göstərən muzey əməkdaşları işğalçı ölkənin insanlığa qarşı yönələn müharibə cinayətləri, mülki şəxsləri ağır artilleriyadan atəşə tutması və ön cəbhədən xeyli uzaqda yerləşən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və digər böyük şəhərlərinə raket zərbələri endirilməsi barədə dəqiq məlumatlar paylaşırlar.
Qeyd edək ki, şura üzvləri Azərbaycan dili ilə yanaşı, ingilis, rus, ərəb və fars dillərində paylaşımlara üstünlük verirlər.
Eyni zamanda, kollektivin fəal üzvləri belə bir həssas dövrdə sosial şəbəkələrdə yalnız rəsmi qaynaqlara əsaslanan məlumatların yayılması zəruriliyi barədə təbliğat aparılmasına da xüsusi diqqət yetirirlər.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Mətbuat xidməti
Nərgiz Qəhrəmanova
Email: [email protected]  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !