TAP-ın yekunlaşması Cənub Qaz Dəhlizi nin tam istismara verilməsində mühüm addımdır -

TAP-ın yekunlaşması “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addımdır

Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG şirkəti Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP-ın 4 il yarımdan çox davam edən tikintisinin başa çatması barədə məlumat yayıb.

Məlumatda deyilir ki, TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub.TAP hazırda ticari əməliyyatların başlanması və ISO-lara uyğun olaraq bazara potensial təklif edilməsi üçün hazırlıq işlərini yekunlaşdırır. TAP boru kəməri ilə Puglia (İtaliya) şəhərindəki “Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin bu il noyabr ayında tamamlanması və qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir.
 


Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) başa çatması “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addımdır. TAP ölkəmizi Avropa ilə uzun müddətə birləşdirən daha bir enerji bağlantısı olaraq Azərbaycanın enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda strateji tərəfdaş rolunu möhkəmləndirəcəkdir.  
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !