MAGnUS və tərəfdaş universitetləri arasında növbəti görüş keçirilib - - FOTO

MAGnUS və tərəfdaş universitetləri arasında növbəti görüş keçirilib - FOTO

Bak Dövlət Universiteti (BDU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən və İsveçin Linkopinqs Universitetinin koordinatorluğu ilə  həyata keçirilən "Erasmus+ KA2”  "MAGNUS - Partnyor universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramının hazırlanması” layihəsi çərçivəsində keçirilən növbəti onlayn iclasda iştirak edib.
 


İclasda BDU-da həyata keçirilən "Tərəfdaş universitetlərdə mobil tətbiqetmələrdə və oyun dizaynında magistr proqramlarının inkişafı" layihəsinin gedişatı barədə ümumi məlumat verilib, BDU-da layihə çərçivəsində görülən işlər yüksək qiymətləndirilib.


Tərəflər arasında aparılan danışıqlara əsasən, layihənin davam etdirilməsi və daha da təkmilləşdirilməsi barədə qərar qəbul edilib. Layihənin məqsədi Boloniya sisteminə uyğun olaraq yüksək səviyyəli magistr proqramını tətbiq etməklə Rusiya və Azərbaycan universitetlərinin informasiya texnologiyaları sahəsində təhsil alanların təhsilinin keyfiyyətini və işə düzəldilməsini artırmaqdır.
 


Qeyd edək ki, Bakı Dövlət Universiteti layihəyə 2018-ci ildən qoşulub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !