İnformasiya müharibəsində gənclərin vahid platforması yaradıldı -

İnformasiya müharibəsində gənclərin vahid platforması yaradıldı

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında möhkəmləndirilməsi üçün bir neçə gün əvvəl Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) vahid informasiya platformasının yaradılması barədə bəyanatla çıxış etmiş və bütün gəncləri bu platformaya qoşulmağa dəvət etmişdi.


Platformanın əsas məqsədi Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində Azərbaycan gənclərinin fəallığının təşviq edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın yalanlarının ifşa edilməsi, beynəlxalq ictimaiyyətin Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasına çağırılmasıdır.


Gənclərin informasiya müharibəsində birləşmək barədə çağırışına cavab olaraq, bu gün Macarıstan-Azərbaycan Gənclər Birliyi, Polşada Azərbaycanlı Gənclər Şurası, “Azərbaycan-Böyük Britaniya Məzunlar Assosiasiyası”, "ABŞ Təhsilli Azərbaycan Məzunları", Azərbaycan-İtaliya Gənclər Assosiasiyası, Litva Azərbaycan Gənclər Təşkilatı, Benilüks Təhsilli Tələbə və Məzunlar Təşkilatı, İsveçrə Təhsilli Azərbaycan Məzunlar Birliyi, Almaniya Azərbaycanlı Tələbələr və Elmi İşçilər Dərnəyi, Fransa Azərbaycanlı Tələbə Assosiasiyası, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi, Ukraynada Azərbaycanlı Gənclər İttifaqı, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Buta Azərbaycan Koreya Tələbə Təşkilatı ASPA və ATGTİ-nin vahid platformasına qoşulmaq barədə qərar veriblər.  


Bir daha gənclərimizi virtual platformalarda, xüsusilə də  sosial mediada fəal olmağa çağırırıq. Erməni yalanlarına qarşı birgə mübarizə aparıb, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Biz Vətən müharibəsi aparırıq. Bunun üçün Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)  aşağıda sadalanan platformalarına qoşulmağa, gənclərimizi sosial media səhifələri yaradaraq erməni yalanlarını ifşa etməyə, dünya liderləri və beynəlxalq təşkilatlardan Erməni təcavüzünə son qoymağı tələb etməyə çağırırıq.


Qələbə bizimdir! Qarabağ Azərbaycandır!


https://www.facebook.com/atgti


https://www.instagram.com/atgti_asyou/


https://www.instagram.com/asaplatform/?hl=en


https://www.facebook.com/asaplatform2020/


http://twitter.com/asaplatform_


https://t.me/asaplatform

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !