Bu günün (13 oktyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (13 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

  =======================================

 

MƏLUMAT  3 - 18:50

Youtube linki: https://youtu.be/Z5wO6jgMFgc 

İşğaldan azad olunan Hadrut qəsəbəsi - VİDEO

 

  =======================================

 

MƏLUMAT  2 - 18:50

Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta teleqram kanalı və instaqram hesabı açılıb

 

Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı və instaqram hesabı bu linklərdədir:

https://t.me/Azerbaijan_MOD

https://www.instagram.com/azerbaijan_mod

 

  =======================================

MƏLUMAT  1 - 10:54

Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

 

 =======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !