. Aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları vardır - - FOTO

. Aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları vardır - FOTO

2020-ci il 10 Oktyabr tarixlərində Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd bombacıq daşıyan 9M525 raketi aşkar olunmuşdur.

Aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları vardır. Bu bombacıqlar “Kaset sursatlar haqqında konvensiya”-ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir.



Həmçinin qeyd olunan tarixdə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış “TOÇKA-U” taktiki raketi (9M79M) aşkar olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !