Ali təhsil müəssisələrindən Azərbaycan Ordusuna dəstək -

Ali təhsil müəssisələrindən Azərbaycan Ordusuna dəstək

Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri  tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna  658 352 manat məbləğində vəsait köçürülüb.



Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Ağcabədi və Şəki filialları bu təşəbbüsə qoşulublar.
 


Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırılmışdır. Bundan başqa, Təhsil Nazirliyinin əməkdaşları arasında hazırda düşmən hücumu nəticəsində zərər çəkmiş bölgələrə və mülki əhaliyə zəruri yardımın göstərilməsi məqsədilə könüllü yardım kampaniyası başladılıb.



Zəfər sənindir, Azərbaycan əsgəri!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !