FHN: - Bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb (+video+foto=8)

FHN: Bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb (+video+foto=8)

 FHN-dən bildirilib ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni oktyabrın 11-də gecə saat 2.00 radələrində raket atəşinə tutması nəticəsində yaşayış binasına düşən raket binanı tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı qeyd olunub.
Vurğulanıb ki, dərhal əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 9 sakinin cəsədi çıxarılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !