Pandemiya bitənə qədər hansı qidadan imtina etmək lazımdır? -

Pandemiya bitənə qədər hansı qidadan imtina etmək lazımdır?

Bildiyiniz kimi, qidalanma immunitetə birbaşa təsir edir. Odur ki, koronavirus pandemiyası kontekstində qida məsələsinə ağıllı yanaşmaq və orqanizmi zərərli məhsullardan qorumaq lazımdır.

Bu barədə rusiyalı epidemioloq Olqa Nenastina danışıb.

“Prinsipcə konservləşdirilmiş yeməklərdən imtina etmək lazımdır - bu cür sənaye üsulu ilə işlənmiş məhsullar qida dəyərindən məhrumdur. Bundan əlavə, qızardılmış yemək və fəstfud istehlakını azaltmaq daha yaxşıdır”, - ekspert “RİA Novosti”yə verdiyi müsahibədə qeyd edib.

Nenastina şəkər istifadəsinin də həm damar divarlarına, həm də bakteriyaların böyüməsinə mənfi təsir göstərdiyini bildirib: “Bədəninizi kifayət qədər vitamin və mineralla təmin etmək vacibdir. Bunun ən asan yolu tərəvəz və göyərtilərə daha çox yer ayırmaqdır. Rasionda balıq, dəniz məhsulları, quş ətinin olması və bol maye içmək məsləhətdir”.Publika.az

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !