85 yaşlı nənə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır
Bu xəbəri paylaş
Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin 85 yaşlı sakini Laçın Bağırova zəhmətkeşliyi ilə seçilir. Ailəsini dərzilikdən qazandığı pulla dolandıran Laçın nənə, həm də Qarabağ müharibəsi veteranının anasıdır.AZƏRTAC-ın müxbiri xəbər verir ki, Laçın nənə Qarabağın düşmən tapdağından azad olunması, Qələbə xəbərini eşitmək arzusu ilə yaşayır. Gözləri zəif görür. Amma çətinliklə olsa da, iynəyə sap keçirib köhnə işini davam etdirir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !