SOCAR-ınşirkəti Silahlı QüvvələrəYardım Fonduna 17 milyon manat ianəedib -

SOCAR-ınşirkəti Silahlı QüvvələrəYardım Fonduna 17 milyon manat ianəedib

SOCAR-ın işçiləri könüllü şəkildə öz əmək haqqından 5 milyon manat məbləğində əlavə ianələr toplamışlar.

SOCAR-ın törəmə şirkəti(CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb. Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinədayaq olmaqla bərabər, həm dəölkəmizdəelan edilmişhərbisəfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət edirlər. Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əmək haqqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər etmişlər. SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də yaxın zamanda SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüləcək. SOCAR-ın müxtəlif müəssisələrində ianələrin toplanması davam edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !