Gənclər Fondu Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək göstərdi -

Gənclər Fondu Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək göstərdi

Azərbaycan Respublikasının Gənclər Fondu və tabeliyindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədilə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq aylıq vəzifə maaşlarından ianə ediblər.


Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları olaraq, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əminik!  Qarabağ Azərbaycandır!


Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !