Azərbaycan Milli Antidopinq Agentliyi Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 AZN vəsait köçürüb
Bu xəbəri paylaş
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda inamla döyüşən şanlı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 AZN vəsait köçürüb. Bundan əlavə AMADA əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar alıb və Müdafiə Nazirliyinin Tibb Xidmətinə təhvil verib.
AMADA kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına baş sağlığı verir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !