Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib -

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna əmək haqlarının müəyyən bir hissəsini ianə ediblər.



AzZpress.AZ xəbər verir ki, bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 13 min 627 manat məbləğində pul vəsaiti ianə ediblər.



Bu məqsədlə teatrın bütün kollektivi – sıravi işçisindən tutmuş Xalq artistlərinə qədər, hamı bu təşəbbüsdə iştirak etmək üçün teatr rəhbərliyinə ərizə ilə müraciət edərək, əmək haqlarının müəyyən bir hissəsini Orduya Dəstək Fonduna köçürülməsinin təmin olunmasını istəyiblər. Bu xeyirxah və qürurverici missiyada iştirak etməkdən məmnun olduqalarını bildirən kollektivin üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, müdrik rəhbərimiz və böyük sərkərdəmiz İlham Əliyevin, qəhrəman ordumuzun yanında olduqalarını vurğulayıblar.



Ərizə ilə müraciət edənlər "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Bütün erməni milləti əsgərlərimizlə görüşdə kövrələn, əziz Mehriban xanımın, şəhid analarının göz yaşlarının bir giləsinə belə dəyməz!", "Haqq yolumuzda qələbə bizimdir!", "Əsas ordumuzun ruh yüksəkliyidir, o da zirvələrdədir!" fikirlərini səsləndiriblər, işğalda qalan ərazilərimizin azadlığı uğrunda Vətən müharibəsində şanlı ordumuza ürəkdən inandıqlarını bildiriblər.


Teatrın kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !