Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılmış - FOTO
Bu xəbəri paylaş
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat üçün bildirik ki, 2020-ci il 04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnmişdir. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olmuşdur.
Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilmişdir.
Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilmişdir.
Bu xəbəri paylaş


