Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Azərbaycan Ordusuna dəstək -

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Azərbaycan Ordusuna dəstək

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini ifadə edir.
Azərbaycanın şanlı ordusunun uğurlu əməliyyatına dəstək məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə əmək haqqılarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülüb.
Azərbaycanın tarix yazdığı bu günlərdə Mərkəzin üzvləri Ermənistan Respublikasının təcavüzkarlıq aktı haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Mərkəz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan və öz ətrafından beynəlxalq nüfuzlu dünya liderlərini birləşdirən təşkilatdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !