Bu günə (3 oktyabr) CƏBHƏ XƏBƏRLƏRİ
Bu xəbəri paylaş
+++ +++ +++ +++ +++
16:22
Düşmən ağır itkilər verməyə davam edir - VİDEO
Противник продолжает нести тяжёлые потери - ВИДЕО
Enemy continues to suffer heavy losses – VIDEO
+++ +++ +++ +++ +++
MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Şəxsi heyət çatışmazlığıdan əziyyət çəkən düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”
Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq.
+++ +++ +++ +++ +++
Bu gün səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib – VİDEO
+++ +++ +++ +++ +++
Erməni təxribatı
+++ +++ +++ +++ +++
Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb - VİDEO
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.
Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.
+++ +++ +++ +++ +++
00.21
02 oktyabr 2020 il Bakı şəhəri
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
230-dək tank və digər zirehli texnika;
250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
38 ədəd hava hücumundan müdafiə vasitələri;
10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
7 silah-sursat anbarı;
130-dan artıq avtomobil texnikası;
1 ədəd “S-300” zenit-raket kompleksi.
+++ +++ +++ +++ +++
Düşmənin canlı qüvvə və döyüş texnikası sarıdan ağır itkilər verməsinin daha bir videoyazısı – VİDEO
+++ +++ +++ +++ +++
Düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntüləri –