29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2020-ci il 02 Oktyabr tarixlərində Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 24 (iyirmi dörd) müraciət daxil.



Daxil olmuş 24 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər, Xocavənd və Salmanbəyli kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Bərdə rayonunun Soğanverdilər, Əmirli, Şahvəlilər, Daşkənd və Yenidaşkənd kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Goranboy rayonunun Həmənli kəndi, Şəmkir rayonunun Bayramlı kəndi, Tərtər rayonunun Dəmirçilər, Kəbirli, Səhləbad, Borsunlu kəndləri, Nizami və Ş.İ.Xətai küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.



Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket və 1 ədəd top mərmisi partlayış yolu ilə zərərsizləşdirilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !