Rabitəbank ASC Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu -

“Rabitəbank” ASC Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Sentyabrın 27-si səhər saatlarından başlayan və artıq 6 gündür ki, torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şanlı ordumuza dəstək məqsədilə “Rabitəbank” ASC sosial öhdəliyini yerinə yetirir. Bank Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 manat vəsait köçürüb.


 
Bankın İdarə Heyətinin Sədri Elçin Qədimov bildirib ki, vətənimiz üçün önəmli olan bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu fəxrlə bildiririk. Böyük qələbələrin əldə edilməsi üçün hər bir töhfə zəruri və vacibdir. Məğrur ordumuzun qələbə qazanaraq irəlilədiyi bir zamanda cəmiyyət olaraq Vətən və ordu qarşısında öhdəmizə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdə həmrəylik nümayiş etdirməliyik.


 
Rabitəbank torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda qətiyyətli mübarizə aparan müzəffər ordumuzla qürur duyur və parlaq zəfərlərinə böyük ümid bəsləyir.

 


"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 26 xidmət məntəqəsi və 69 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !