Deputatlardan ÇAĞIRIŞ: Fransa beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır -

Deputatlardan ÇAĞIRIŞ: Fransa beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır

Fransa Prezidenti Emmanuel Makronun cəbhədə gedən döyüşlərlə bağlı tutduğu qərəzli mövqe, verdiyi bəyanat Milli Məclisin bugünkü plenar iclasında ciddi tənqid edilib. Çıxış edən deputatlar Fazil Mustafa, Səməd Seyidov, Elşən Musayev, Sevil Mikayılova, Arzu Nağıyev, Kamal Cəfərov və digərləri Fransanı beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırıblar.

Milli Məclisin deputatları Fransanın ATƏT-in Minsk Qrupundakı mandatının alınması ilə bağlı çağırış edib.

Qeyd olunub ki, münaqişənin həlli işğalçıların Azərbaycan torpaqlarından tamamilə çıxması ilə mümkündür. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !