Qarabağ – mədəniyyətimizin beşiyi layihəsinin növbəti təqdimatı -

“Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı

“Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı haqqında məlumatı təqdim edirik:

 

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 19 may 1987-ci il tarixindən Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdır.

Qarabağ torpağı Ermənistan tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilmişdir.

Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !