Tanınmış Türkiyəli iş adamı Yılmaz Okuklu Silahlı Qüvvələrə yardım Fonduna vəsait köçürüb
Bu xəbəri paylaş
Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamlarını da bu təşəbbüsə qoşulmağa səsləyən Yılmaz Okuklu qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Biz sahibkarlar da Prezidentlərimizin çağırışlarına qoşularaq Azərbaycanlı qardaşlarımızın yanında olmalıyıq. O qeyd edib ki, iş adamı kimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadi əsgəri olaraq üzərinə düşən vəzifələri bundan sonra da sevərək həyata keçirəcək.
AzFood-un məlumatına görə, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ordumuza dəstək olmaq naminə Azərbaycanda fəaliyyət göstərən “Okuklu İnşaat LTD” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb və bu davamlı bir hala çevriləcəkdir.
Qeyd edək ki, şirkət Türkiyə ordusuna da dəstək məqsədilə yardımlar edib. Bu davamlı fəaliyyətinə görə Yılmaz Okuklunun rəhbəri olduğu “Okullu İnşaat LTD” Mehmetçik Vakfı rəhbərliyi tərəfindən xüsusi medalla mükafatlandırlıb.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Qeyd edək ki, Fond şəffaflıq qaydalarına əməl edərək ianə edilən vəsaitlərin məbləğini ictimaiyyət üçün hər zaman açıq edib.
Bu xəbəri paylaş

