Bank BTB ASCAzərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb. -

Bank “BTB” ASCAzərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb.

İşğal olmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçünşərəflə döyüşənordumuza fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir fiziki və hüquqi şəxs maksimum dəstək olmağa çalışır.
Bank BTB də öz növbəsində Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 100min manat vəsait köçürüb.
Nəzərinizə çatdıraq ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllü şəkildə daxil olan vəsaitlərdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !