Özbəkistanın tanınmış simaları dünya birliyinə müraciət imzaladı. -

Özbəkistanın tanınmış simaları dünya birliyinə müraciət imzaladı.

Azərbaycanlılara qarşı bu ayrı-seçkilik bitməli, işğala son qoyulmalı, dünya birliyi ədalətsizliyə göz yummamalıdır.
Özbəkistanın tanınmış elm, mədəniyyət, ictimaiyyət nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, regiondakı zorakılıq, aqressiya, habelə Ermənistan qoşunlarının artilleriya atəşləri ilə hücumu ilə əlaqədar dünya birliyinə müraciət edib.
Onlar, ilk növbədə xain hücum zamanı həyatını itirən insanlara, dinc sakinlərə, uşaqlara görə Azərbaycan xalqına başsağlığı vermişdir.
Müraciətin bir nüsxəsi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilmişdir. Dünya birliyinə müraciəti sizə təqdim edirik:

Bildiyimiz kimi Azərbaycan öz qanuni ərazilərində Ermənistan işğalçılarına qarşı azadlıq mübarizəsi aparır. İşğalçılar zəbt edilmiş əraziləri, o cümlədən Dağlıq Qarabağı azad etməli və öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı, günahsız insanların öldürülməsi, bu hərbi cinayətə, təxribata son qoymalıdır.
Ermənistan və digər ölkələrin rəhbərliyi öz milli, o cümlədən erməni filoloqları tərəfindən yazılmış, "işğal", "işğalçı", "işğal et" sözləri mənasını verən lüğəti oxumalı və sonra nəticə çıxarmalıdırlar. Bu açıq-açığına təcavüz, işğal və soyqırım siyasətidir.
Biz Özbəkistan Respublikanın tanınmış elm, mədəniyyət, ictimaiyyət nümayəndələri bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri, çoxsaylı PKK, digər terrorçularla birgə həyata keçirdiyi təcavüzü qınayır, dərhal bu cinayətin və işğalın dayandırılmasına çağırırıq.
30 ildir regionun ən böyük problemi, Qarabağın və Azərbaycanın digər 7 rayonunun işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, dünya birliyi üçün ləkə və sivil dünyada qəbul olunmayan bir cinayətdir.
Ermənistan işğalı nəticəsində Azərbaycanın 12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin isə 20 faizi işğal olunmuşdur. Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər dağıdılmış, məscidlər, mədəniyyət abidələrini məhv edilmişdir. Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilmişdir.
Biz Dünya birliyinə müraciət edərək bu işğala, haqsızlığa dur deməyə çağırırıq.
Bütün bunlarla belə Ermənistan hər gün işğal etdiyi ərazilərdə hərbi təxribatlar edir. azərbaycanlı uşaqları öldürür, tarixi və mədəni abidələri bilərəkdən məhv edir, saxtalaşdırır. İndi də ermənilər digər ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülür, məskunlaşma siyasəti həyata keçirilir. Asala və PKK kimi terrorçu döyüşçülər bu yerlərə daşınır və yerləşdirilir.
Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası Şuşada, habelə digər işğal olunmuş ərazilərdə Azərbaycan irsini məhv edir və bütün vasitələrdən istifadə edərək münaqişənin daha da qızışdırılmasına, mövcud vəziyyətin isə uzadılmasına çalışır. Biz Ermənistanın bucür çirkin oyunlarının dayandırılmasını tələb etməliyik.
Gəlin bir anlıq öz vicdanınız qarşısında cavab verin. Bunu hansı xalq və dövlət qəbul edər? 30 il insanlar ədalətin bərpa olunacağı günü, öz torpaqlarını qayıdacaqlarınıgözləyirlər.
Niyə işğalçı öz adıyla çağırılmır? Nə üçün Ermənistanı işğala son qoymağa çağırmırsınız?
Biz hüquqları tapdalanan, torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycan xalqının yanında olmalıyıq.
Sizlərin hər birini bu ağır və çətin vəziyyətdə ədalətin yanında olmağa və Azərbaycana dəstək olmağa çağırırıq.
Biz qardaş Özbək xalqı işğalı pisləyir, Azərbaycan xalqının Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizəni dəstəkləyirik.
Ədalətli məntiqə görə, Azərbaycan xalqı öz Vətənini işğalçılardan azad etmək istəyir və Ermənistan işğal etdiyi Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək istəyir.
Hesab edirik ki, təcili olaraq dünyanın güclü ölkələri, beynəlxalq təşkilatlar Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarındançıxarılmasına dair qətnamələrini yerinə yetirməyə məcbur etməlidir.
Əminik ki, dünya birliyi də ədalətin tərəfini tutacaq və işğalçıları qınayacaq.

1. Turon Elmlər Akademiyası və Leybniz Avropa Təbiət Elmləri Akademiyasının akademiki, tarix elmləri doktoru HaydarbekBababekov.
2. Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri Kərim Baxriev.
3. Tarix elmləri doktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru ErkinNuridinnov.
4. Özbəkistanın xalq şairi Camal Kamal.
5. Özbəkistan Respublikasının xalq artisti, teleaparıcıQalinaMelnikova
6. Özbəkistanın xalq rəssamı Rikhsi İbrahimova.
7. Özbəkistanın xalq artisti Maryam İxtiyarova.
8. Özbəkistanın Daşkənd Dövlət Universitetinin professoru Gülbahor Aşurova.
9. Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun dosenti Gülnaz Səttarova.
10. Tarix elmləri doktoru MuborakYunusxodjaeva.
11. Tibb elmləri namizədi MavlyudLatypova.
12. Özbəkistanın və Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Firudin Səfərov.
13. BMT-nin Xoşməramlı Səfiri, fəlsəfə doktoru, akademik, YUNESKO-da Elmlər Akademiyasının professoru Almaz-xanım Medjidova.
14. Özbəkistanın əməkdar artisti, “Dustlik” ordenini mükafatçısı KaykabAliyeva
15. Tarixçi, tədqiqatçı, jurnalist Şuxrat Salamov.
16. Şair, jurnalist, Özbəkistanın “KitobDunyosi” qəzetinin baş redaktoru Xosiyat Rüstəm.
17. Tərcüməçi, ictimai xadim ŞaxloKasymova.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !