Aslan İsmayılov: - "Azərbaycanın Suriyadan muzdlu döyüşçülər gətirməsi məlumatı dezinformasiyadır."

Aslan İsmayılov: "Azərbaycanın Suriyadan muzdlu döyüşçülər gətirməsi məlumatı dezinformasiyadır."

Dünya Azərbaycanlılarına müraciət!

Məlum hadisələrlə bağlı Sizin hər birinizin köməyi lazımdır. Son günlər Qərb mətbuatında 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi əməliyyatını "müsəlmanların xristianlara qarşı qırğını", guya Azərbaycanın Suriyadan muzdlu döyüşçüləri gətirməsi, Türkiyə əsgərlərinin əməliyyatlarda iştirakı barədə bilərəkdən həqiqəti əks etdirməyən materiallar paylaşılır. Təəssüf ki, bu yalanlar sürətlə qərb auditoriyasında yalnış fikir formalaşdırmağa başlayıb. Bununla bağlı təcili olaraq qərb mətbuatında bu yalanları ifşa edən materialların getməsi olduqca vacibdir. Bütün dünyaya çatdırmaq lazımdır ki, münaqişədə biz tərəfdən Azərbaycan Ordusundan başqa heç kəs iştirak etmir və keçirilən əməliyyat dinc əhaliyə qarşı yönəlməyib. Azərbaycanın bütün addımları beynəlxalq hüquq normaları əsasında atılır və ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarının xarici işğalçılardan azad edilməsi onun haqqıdır. Bir daha hamınızdan informasiya müharibəsində aktiv olmağa, qərb mətbuatında tirajlanan yalan məlumatlarla mübarizə aparmağa səsləyirəm! Bu istiqamətdə bütün güclərimizi səfərbər etməliyik! Bilin ki, bu yalanlarla Azərbaycan rəhbərliyinə təzyiq edib torpaqlarımızın azad edilməsi uğrunda aparılan əməliyyatları dayandırmaq istəyirlər.

Heç kimin şübhəsi olmasın ki, şanlı Ordumuz bütün torpaqlarımızı azad edəcək! Qarabağ AZƏRBAYCANDIR! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !