Azay Quliyev bildirir: - "Cəbhədə gedən döyüşlər barədə qeyri-rəsmi məlumatları paylaşmayın"

Azay Quliyev bildirir: "Cəbhədə gedən döyüşlər barədə qeyri-rəsmi məlumatları paylaşmayın"

 Hörmətli QHT nümayəndələri!

Cəbhədə gedən döyüşlər barədə rəsmi təsdiq edilməmiş məlumatları sosial şəbəkələrdə yaymamağınızı xahiş edirik. Yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməklə hər hansı bir məlumatı yaymaq olar. Nəzərə almaq lazımdır ki, düşmən ölkəmizə qarşı həm də informasiya müharibəsi aparır və çoxlu sayda təxribat xarakterli məlumatlar yayır.

Düşmənin təxribatına uymayaq və məzmunundan asılı olmayaraq rəsmi qurumlarımız tərəfindən təqsdiqlənməmiş məlumatları yaymayaq və paylaşmayaq.

Bütün QHT təmsilçilərini bu məsələdə son dərəcə məsuliyyətli və diqqətli olmağa çağırırıq!

Bununla yanaşı QHT nümayəndələrindən xahiş edirik ki, eyni çağırışla bütün sosial şəbəkə istifadəçilərinə müraciət etsinlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !