Kay Xaverts 26 xalla 4-cüdü -FOTO=5(AZpressAZ) İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
"Çelsi" (London) klubunun Almaniyadan olan 21 yaşlı yarımmüdafiəçisi Kay Xaverts 2020-ci il mövsümündə vurduğu qollar və məhsuldar ötürmələrin (qol+pas) göstəricisinə görə 5 ən güclü liqada 4-cü yerdədir. Xatırladaq ki, İngiltərə Kuboku uğrunda keçirilən və 6:0 hesabla bitən "Çelsi" - "Barnsli" matçında xet-trik edən Kay aktivindəki xalların sayını 26-ya (18+8) çatdırıb. Qeyd edək ki, indi bu göstərici ilə 4-cü pillədə yer alan Kay yalnız Robert Levandovski ("Bavariya", 35 xal), Lionel Messi ("Barselona", 32 xal) və Kriştianu Ronaldu ("Yuventus", 31 xal) triosundan geri qalır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !




