"MYu" itirə-itirə gerdir -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Dünyanın ən varlı klublarından biri olan "Mançester Yunayted" (İngiltərə) klubu dünyanı ağuşuna alan koronavirus pandemiyasından hələ də zərər çəkməkdə davam edir. Belə ki, pandemiya dövründə azarkeşsiz boş tribunalarla oyun keçirən "Qırmızı şeytanlar" artıq 75 milyon funt itirib. Həyat belə davam edərsə ilin sonuna qədər bu itgilər 100 milyonu keçəcək. Xatırladaq ki, "Old Trafford"da azarkeşsiz keçirilən hər oyunda klub 4-5 milyon funt ziyana düşür. Bunlarla yanaşı, "MYu" Premyer liqada keçirilən oyunların canlı yayımı baş tutmadığı üçün televiziya kompaniyalarına 20 milyon qaytarmalıdır. Əgər mövsümün sonunadək oyunlar boş tribunalarla keçirilərsə, onda "mankunianlar" daha 37,5 milyon funt itirməli olacaqlar. Belə də zərərin məbləği ilin sonuna qədər 139.39 milyonu keçə bilər. Bu isə o deməkdir ki, "MYu" premyer Liqada ən çox itirən komanda kimi tanınacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş

