Ədalət Əhmədovun fərdi sərgisi keçirildi. -

Ədalət Əhmədovun fərdi sərgisi keçirildi.

26 may 2009 - cu il saat 12:00 -da Azərbaycan Memarlıq və İnşaat İnstitutunun memarlıq fakültəsinin I kurs tələbəsi Ədalət Əhmədovun ilk fərdisi keçirildi. Sərgi I korpus II mərtəbədə İnstitutun Tarix Muzeyinin Sərgi salonunda təşkil olunmuşdu. Əsasən abstrakt, müxtəlif fantaziyalara əsaslanaraq çox maraqlı rəsmlər yaradan Ədalət bu günki sərgisində bir - birindən maraqlı rəsmlər nümayiş etdirdi.
Sərgini giriş sözü ilə Beynəlxalq Əlaqələr üzrə prorektor Nərgiz xanım Abdullayeva, Təsviri incəsənət kafedrasının müdiri Elturan Avalov açıq elan etdilər.
Eyni zamanda, sərgidə memarlıq fakültəsinin müəllimləri və tələbələri də iştirak edirdilər. Hər kəs Ədaləti onun fərdi sərgisi münasibətilə təbrik edir və çəkdiyi rəsmləri maraqla seyr edirdi.
Memarlıq fakültəsinin dekanı Tofiq Abdullayev, Az.MİU - nun tədris şöbəsinin müdiri Sabir Məmmədov, Az.MİU - nun nəzdində İnşaat Kollecinin tədris işləri üzrə direktor müavini Üzeyir Salehzadə, ingilis dili müəlliməsi Solmaz xanım Məmmədova, Ədəbiyyat müəlliməsi Solmaz xanım İsmayılova çıxış edərək, Ədalət haqda öz fikirlərini bildirdilər.
İnstitutun Tarixi Muzeyinin müdiri Gülmirə xanım Məmmədovanın dediklərinə görə, Ədalət özünə qarşı həddindən artıq tələbkar, çox tərbiyəli və istedadlı tələbədir.
Sərginin keçirilməsində böyük rolu olan Gülmirə müəllimə söylədi ki, ümumiyyətlə, bu institutda tez-tez müxtəlif tədbirlər, sərgilər keçirilir. Və bütün bu təşkilati işlərə Az.MİU - nun rektoru Gülçöhrə xanım Məmmədova xüsusi diqqət göstərir.
Ədalətin rəsmlərini başqa rəsmlərdən fərqləndirən görəsən nədir? Onun rəsmlərini uzun-izadı müşahidə edəndən sonra başa düşdüm ki, sadəcə o, tamaşaçını düşünməyə vadar edir. Bəzən bir-birindən dərin fəlsəfi düşüncələr sanki fikir yükünə çevrilib insanı çöx uzaqlara aparır. Bəli, bütün bunlar isə həqiqətdən yaranan güclü fantaziyanın məhsuludur...Mən, deyərdim ki, Azərbaycanda çox istedadlı rəssam artıq yetişir və o, öz orijinal bacarıqlarını hələ bundan sonra göstərəcək.İnşallah!!!
"Azərbaycan Press Video - foto faktoru" jurnalının rəsmi saytı olan www.azpress.az elektron foto informasiya agentliyi Edalətə tutduğu yaradıcılıq yolunda daha da mətin yerişli olmağı, öz istedadını inkişaf etdirməyi arzu edir.

Rüfət Dadaşovundur.(foto)
Zülfiyyə Ağasəlim qızı(mətn)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !