В Лянкяране прошла IV Международная научная конференция на тему «Геноцид тюркско-мусульманских народов в XX веке» -

В Лянкяране прошла IV Международная научная конференция на тему «Геноцид тюркско-мусульманских народов в XX веке»

24 апреля в Центре Гейдара Алиева города Лянкяран прошло пленарное заседание IV Международной научной конференции на тему «Геноцид тюркско-мусульманских народов в XX веке», организованная Президиумом Национальной академии наук Азербайджана (НАНА) совместно с Институтом истории НАНА, Центром исследований Ататюрка Турецкой Республики и Исполнительной властью города Лянкяран.


Вначале участники мероприятия осмотрели тематическую выставку, организованную Институтом истории НАНА.


На форуме, в котором наряду с историками Азербайджана, приняли участие около 60 ученых из Германии, Албании, Польши, Турции, Грузии, Узбекистана, Казахстана, Кыргызстана, Индии, Российской Федерация и ее субъектов - Татарстана, Дагестана, Кабардино-Балкарии, Карачаево-Черкесии, Чечни, Адыгеи, Чечни, зазвучали гимны Азербайджана и Турции, почтена память жертв геноцидов.


Государственный советник Азербайджанской Республики по межнациональным вопросам, вопросам мультикультурализма и религии, академик Камал Абдулла зачитал обращение Президента Ильхама Алиева участникам конференции.


Конференцию открыл глава Исполнительной властью города Лянкяран Талех Гарашов, который поздравил ее участников.


Konfransda çıxış edən Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovqeyd edib ki, Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır: “Bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.


İnstitut direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Qafqaz da daxil olmaqla bütün Yaxın və Orta Şərq regionu soyqırımları, kütləvi qırğınlar, terror və silahlı qarşıdurmalar içərisində çapalayır. Milyonlarla insan itkisinə, misli görünməmiş dağıntılara və fəlakətlərə səbəb olmuş Birinci və İkinci Dünya müharibələrinin başlandığı Avropada faşizm, irqçilik, islamofobiya yenidən baş qaldırıb. Böyük güc mərkəzləri “insan haqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrora qarşı mübarizə” pərdələri altında, əslində, soyqırımlarına və terrora rəvac verir, dünyanı yenidən nüfuz dairələrinə bölmək uğrunda ölüm-dirim mübarizəsi aparırlar”.


“Bizim prezidentimiz ölkəmizin ərazisində yaşayan digər xalqların nümayəndələri ilə bağlı multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır”, - deyə Yaqub Mahmudov qeyd edib.

 

На мероприятии затем выступила академик-секретарь Отделения общественных наук НАНА, член-корреспондента НАНА Наргиз Ахундова, которая приветствовала его участникам от имени президента НАНА Акифа Ализаде и Президиума НАНА.


На пленарном заседании конференции также выступили профессора, гости из Турции - руководитель Центра исследований Ататюрка Мехмет Али Бейджан, руководитель Высшего органа культуры, языка и истории Ататюрка Кабинета министров Дерья Орс, бывщий министр образования, руководитель Центра стратегических исследований «Новая Турция» Гасан Джалал Гезель, руководитель Тюркского исторического органа Рефиг Туран, Игорь Турыцин.


Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun başqanı, professor Refiq Turan, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış ediblər.


Konfransda BDU-nun professoru, tarix elmləri doktoru, cənub bölgəsinin yetirməsi olan Anar İsgəndərov erməni cinayətkarlarının ölkəmizin cənub bölgəsində törətdikləri soyqırımı vəhşiliklərini əhatə edən geniş məruzə ilə çıxış edib.


Bildirilib ki, Azərbaycan dövlətinin başçısı AMEA-nın Tarix İnstitutunun keçirdiyi bu beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır.


Plenar iclasın sonunda Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsına Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.


“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” probleminə həsr olunmuş IV Beynəlxalq Lənkəran konfransında son 200 il ərzində böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli surətdə yeridilmiş olan soyqırımları, deportasiyalar, repressiyalar siyasəti və bunun fəlakətli nəticələri müzakirə olunub.


Bölmə iclaslarında xarici ölkələrin 60-a yaxın aliminin, o cümlədən Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və başqa ölkələrdən gəlmiş tədqiqatçıların son 200 il ərzində türk-islam ölkələrində baş vermiş soyqırımlarına həsr olunmuş məruzələri dinlənilib.


Erməni-daşnak cəlladlarının Lənkəran qəzasında 1918-1919-cu illərdə törətdikləri soyqırımı vəhşilikləri ayrıca bölmə iclasında geniş müzakirə olunub.


Sonda konfrans iştirakçılarına Tarix İnstitutunun “Elmi Əsərlər” adlı jurnalının xüsusi buraxılışı olan IV Beynəlxalq Lənkəran konfransının materialları və digər nəşrlər paylanılıb.


Qeyd edək ki, bundan əvvəl ikisi Qubada, biri isə Şamaxıda keçirilmiş Beynəlxalq soyqırım konfranslarında Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən görkəmli tarixçilər XIX-XX əsrlərdə Azərbaycan, Şərqi Anadolu, müasir İran İslam Respublikasının azərbaycanlılar yaşayan şimal-qərb bölgələri, Qafqaz, Mərkəzi Asiya və Volqaboyunda həyata keçirilmiş soyqırımları, deportasiyalar və repressiyalarla bağlı maraqlı məruzələrlə çıxış ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !