Dəniz kuboku müsabiqəsinə yekun vurulub - - FOTO

“Dəniz kuboku” müsabiqəsinə yekun vurulub - FOTO

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə yekun vurulub.


İştirakçı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Hava hədəfinə artilleriya atışı”, “Xilasetmə vasitələrinin istifadəsi”, “Gəminin lövbərə və çəlləyə durması” çalışmalarını icra ediblər.


Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.


“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi sentyabrın 4-də keçiriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !