Əlahiddə Ümumqoşun Ordunun tankçıları peşəkarlıq nümayiş etdirirlər - (VİDEO-FOTO)

Əlahiddə Ümumqoşun Ordunun tankçıları peşəkarlıq nümayiş etdirirlər (VİDEO-FOTO)

Naxçıvan Qarnizonu Qoşunlarında yay tədris dövrünün planına uyğun olaraq bölmələr tərkibində təşkil olunan məşğələlərdə Əlahiddə Ümumqoşun Ordunun tankçıları peşəkarlıq nümayiş etdirirlər.


Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin Təlim-Tədris Mərkəzlərində quraşdırılmış xüsusi proqram təminatlı kompüterlərdə və müxtəlif məşq qurğularında şəxsi heyətin sürücülük və atəş  üzrə bacarıqları təkmilləşdirilir. Tank bölmələri ilə keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin ərazinin çətin relyef və məhdudgörmə şəraitində  texnikanı bacarıqla idarə etməsinə, döyüş sahəsində hədəfləri qısa zamanda məhv edərək döyüş tapşırığının müvəffəqiyyətlə icrasına yönəldilir.


Virtual təlim meydanında mərmi və yanacaq sərf etmədən qazanılan bacarıqlar səhra şəraitində təşkil olunan praktiki məşğələlərdə yerinə yetirilmiş tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.


Hazırda tank birləşmələrində olduğu kimi Naxçıvan Qarnizonu Qoşunlarının bütün birləşmə, hissə və bölmələrində həm virtual həm də təlim mərkəzlərində praktiki məşğələlər keçirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !