Bakıda Dikkens ili çərçivəsində foto sərgi -

Bakıda Dikkens ili çərçivəsində foto sərgi

2012-ci ildə dahi ingilis yazıçısı Çarlz Dikkensin 200 yaşı tamam olur. Bununla əlaqədar olaraq British Council 2012-ci ili "Çarlz Dikkens İli" elan edib. Layihə çərçivəsində British counsil və Park Bulvar böyük məmnuniyyətlə foto sərgi keçirəcəyini elan edir! 25 yanvar–8 fevral 2012-ci il tarixləri arasında Park Bulvarda 12 yerli fotoqrafın 32 əsərini nümayiş etdiriləcək! Bu fotoqraflar 3-7 dekabr 2011-ci il tarixlərində Britaniyalı fotoqraf Suzan Parkhil tərəfindən keçirilmiş təlimin iştirakçılarıdır. Onların hər biri Bozun Dikensin əsərlərinə çəkdiyi eskizlərdən bir fraza seçmiş və Bakı küçələrində ona uyğun şəkil tapmağa çalışmışlar. Sizi tezliklə sərgidə gözləyirik!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !