BDU-nun əcnəbi tələbələri yardım aksiyası keçirib - FOTO=4

BDU-nun əcnəbi tələbələri yardım aksiyası keçirib - FOTO=4

Koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU)2020-ci il 1 aprel tarixindən etibarən tədrisinməsafədən təşkilini uğurla davam etdirir.Universitetin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Hazırda beynəlxalq təcrübədə də geniş yayılan “Microsoft Teams” platforması vasitəsilə video-konfrans alətinin tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub. Universitetdə təhsil alan 400-ə yaxın xarici tələbə platformadan istifadə edərək təhsilini davam etdirir.
BDU-da təhsil alan əcnəbi tələbələr eyni zamanda ölkədə həyata keçirilən xeyriyyə tədbirlərinə dəstək məqsədilə yardım kampaniyalarında da yaxından iştirak edirlər. Bunlardan biri də Universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi, Pakistan Respublikasının vətəndaşı Athar Mahmutdur. A.Mahmutun təşəbbüsü ilə yardım aksiyası keçirilib. Aksiya çərçivəsində Bakının Əhmədli və Ramanı qəsəbələri ərazilərində ehtiyacı olan ailələrə baş çəkilib, ərzaq yardımı paylanılıb. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]