Milyonlarla dollarlıq gəlir - - SOCAR İstiqrazlarından növbəti faiz ödənişi - FOTO

Milyonlarla dollarlıq gəlir - SOCAR İstiqrazlarından növbəti faiz ödənişi - FOTO

Vətəndaşlarımız və investorlar üçün alternativ yatırımimkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 aprel tarixində baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbətidəfə 1 milyon 250 min dollar gəlirqazandırdı. Bununla da, istiqraz sahiblərini nümumi qazancı 17 milyon 500 min dollara yüksəldi.
“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavülmüddəti 5 il, illikgəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin $190 milyona çatması, bağlanmışəqdsayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyəalətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyon təşkiletməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.
SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısa müddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girovqoymaqla, 15–16% faizlə Manat krediti cəlbedə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faizdərəcəsi 9–10%-ə qədərenmişolur.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindəndə əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !