Sumqayıtda yeni portal fəaliyyətə başlayıb (+FOTOLAR)

Sumqayıtda yeni portal fəaliyyətə başlayıb (+FOTOLAR)

https://www.facebook.com/groups/604248139738662/ 

 

Əməkdar jurnalist, yazıçı Eyruz Məmmədovun personal internet səhifəsi http://www.eyruzunsesi.az fəaliyyətə başlayıb. Bu münasibətlə Sumqayıt şəhər Poeziya Evində saytının təqdimatı keçirilib. "Sumqayıt- 70" yubiley tədbirləri çərçivəsində yaradılan portal E. Məmmədovun yaradıcılığı və yaradıcılığının əsas qayəsini təşkil edən doğma şəhəri- Sumqayıt haqda ensiklopedik məlumatlardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktorantı Vüsal Hətəmov veb –sayt haqqında iştirakçılara geniş məlumat verib. O, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın bundan sonra yeni internet resursu vasitəsilə Eyruz Məmmədovun zəngin və geniş spektrli yaradıcılığı ilə yaxından tanış ola biləcəklərini vurğulayıb.

Təqdimatda çıxış edənlər portalın işinə uğurlar arzulayıblar.

E. Məmmədov təqdim olunan portalın yaranmasında əməyi olanlara təşəkkürünü bildirib. O, internet resursu vasitəsilə Cənubi Qafqazın ikinci iri sənaye mərkəzi kimi təmərküzləşən Sumqayıtın tarixi və inkişafı haqqında ətraflı məlumatın geniş kütləyə çatdırılacağına əminliyini ifadə edib.

Ətrabə Rzayeva

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]