Bu gün "Dövlət bayrağı" ordenli Şəhid Elşad Ağayevin doğum günüdür (+ViDEO)
Bu xəbəri paylaş
https://www.facebook.com/groups/458090628035596/
Bu gün Azərbaycan Bayrağı ordenli Şəhid Elşad Ağayevin doğum günüdür.Yaşasaydı 52 yaşı olacaqdı.
Elşad Aşur oğlu Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub.
Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib.
1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb.
Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.
Prezidentin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə "Dövlət bayrağı" ordeni ilə təltif olunub.
Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )