TİTRƏYİB ƏSDİN DEYƏSƏN... - - Nəriman Qasımoğlu

TİTRƏYİB ƏSDİN DEYƏSƏN... - Nəriman Qasımoğlu

TITRƏYİB ƏSDİN DEYƏSƏN...

 

Titrəyib əsdin deyəsən,
İnan ki, bu mənlik deyil,
hərçəndi bir mənəm, bir sən,
ətrafımız tünlük deyil.

 

Düşdüyün sevgi tələsi,
nicatın nəymiş qoy desin
Rəbbin, nə deyərsə bəsin,
dediyi bu günlük deyil.

 

Səbr et bir az, dinlə məni,
can yox, bir kəlmə bil məni,
sənə atılan kəlmənin
açımı indilik deyil.

 

Tanrıdan kitabam oxu,
sevgiyəm, xitabam oxu
bilirəm, eşq oxuduğum
adicə bir mələk deyil.

 

Bax gör necə nazil olur,
ruhum sənə vasil olur,
bir peyğəmbər hasil olur
bətnində, bu sənlik deyil. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !