Müşfiqin ölməz poeziyasının gənc aktyorlar tərəfindən təqdimatı... - (+FOTO)

Müşfiqin ölməz poeziyasının gənc aktyorlar tərəfindən təqdimatı... (+FOTO)

Hamını gözləyirik! Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin "Söz" layihəsi, Muzey Mərkəzi, Asan Radio, və "dOM" Teatrı Sizə 24 dekabr, saat 19.00-da Muzey Mərkəzində "dOM" Teatrının Azərbaycanın görkəımli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş "Etiraf" adlı tədbir təqdim edirlər. Gecə interaktiv üslubda keçiriləcək və burda tamaşaçılar da bütün gedişatın ayrılmaz hissəsinə çevriləcəklər. "Söz" layihəsinin bütün dost və qonaqlarını Müşfiqin ölməz poeziyasının gənc aktyorların tərəfindən gözlənilməz və standartlardan uzaq təqdimatına dəvət edirik. Giriş sərbəstdir. Əziz dostlar, siz də bizə qoşulun!

dOM Teatrı Tərlan Rəssulov tərəfindən 2016-cı ildə teatr aləmində yeni və alternativ metodika və üslubların yaradılması və inkişaf etdirilməsi məqsədilə yaradılmışdı. Indiki zamanda dOM Teatrı Azərbaycanda ilk və hələ ki, yeganə interaktiv teatrdır. Teatrın işləri siyahısında Əlilliyi olaan insanlar üçün İcma Teatrının yaradılması, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının dəstəyi ilə “Limbo” immersiv tamaşası, “Poliqon” yaradıcılıq platforması və s. vardır.
“Poliqon” Yaradıcılıq Platforması dOM Teatrı, Actor Agency təşkilatı tərəfindən, ASMART Creative Hub və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə yaradılmışdır.
Bu platforma teatr və kinoda yeni, alternativ istiqamətlərin yaradılması, həyata keçiriməsi və inkişaf etdirilməsi məqsədilə yaradılmışdı. Burda ifaçılıq sənətində eksperimentlər üçün virtual məkan yaradılması, teatr sahəsində təcrübəsi olmayan gənclər üçün yeni təhsil metodika və üslublar tətbiq edilməsi nəzərdə tutulur.
Indiki zamanda Platformada yeni aktyor texnikası – spontan aktyor oyunu təcrübədən keçirilir. Bu yeni metodika təkcə aktyor oyununa aid deyil, həmçinin, teatr bir anlayış kimi, teatrın müasir cəmiyyətdə əhəmiyyəti, funksiyası və roluna olan yeni münasibətin formalaşmasına xidmət edir. Burda keçirilən treninq və ustad-dərslər Andre Antuan və Antonen Artodan başlayaraq Auqusto Boal və Yakov Morenoya qədər müxtəlif teatr üslubları və metodikaları tədris edilir.
Spontan aktyor texnikası artıq müxtəlif variantlarda bir neçə layihədə – YARAT İncəsənət Mərkəzində nümayiş olunan “Error”, “Şağ” interaktiv tamaşalarında, o cümlədən “Limbo” immersiv tamaşasında sınaqdan çıxarılmışdır. dOM Teatrının bütün bu layihələrində “Poliqon” Platformasında təhsil alan tələbələr iştirak etmişlər.
“SÖZ” Ədəbi Layihəsinin və dOM müstəqil teatrının birgə təşəbbüsü ilə təqdim olunan tədbir Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr edilib. Tədbir interaktiv üslubda keçirilir və burada seyrçilər baş verənlərin ayrlmaz hissəsi və birbaşa iştirakçıları ola bilərlər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !