Gəncə-Qazax iqtisadi-regionunun gəncləri Yeni Nəsil ilə tanış oldular (+FOTOLAR)

Gəncə-Qazax iqtisadi-regionunun gəncləri “Yeni Nəsil” ilə tanış oldular (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “Yeni Nəsil” (New Generation) layihəsinin I mərhələsi çərçivəsində davam edən fəaliyyətə əsasən Gəncə-Qazax iqtisadi-regionunda gənclər ilkin təqdimat və təlimlərini başa vurub. “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı, “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən layihə ümumilikdə 4 mərhələdən ibarət olacaqdır.

Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi-regionlarında baş tutan təqdimat və təlimlərdən sonra növbəti təlim Gəncə və Gəncə ətrafında yerləşən şəhər və regionların gəncləri üçün təlimlər baş tutub. Təlimlər “Youth Inc.” Sahibkarlıq Proqramının mentoru, biznes və life kouç Səbinə Rəhimova tərəfindən keçirilib. Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiyalar Universiteti (UTECA), Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci və Gəncə Regional Dövlət Kollecində baş tutmuş təqdimat və təlimlərdə ümumilikdə 503 gələcəyin sahibkarları olan “Yeni Nəsil” gənclər əhatə edilib. Yaxın günlərdə artıq proqrama müraciət etmiş 2000 gənc 2-ci mərhələ üzrə təlimlərə başlayacaqdır.

Gəncə Gənclər Evində baş tutmuş təlimdə gənclərə ilkin biznes bilikləri haqqında təlim keçmiş Səbinə Rəhimova qeyd edib ki: “Bizim ağıllı və perspektiv gənclərlə tanış olmaq, onlarla birlikdə "Sahibkarlıq" mövzusunu araşdırmaq - mənim üçün marağlı və faydalı oldu və inanıram ki, bu maraq qarşılıqlı idi. Regionlarda olan gənclərimizlə layihənin növbəti mərhələsində yenidən görüşmək üçün səbrsizlənirəm. Bütün “Yeni Nəsil” gənclərimizə uğurlar!”.

Bundan əlavə qeyd etmək istərdik ki, “Yeni Nəsil” Gənc Sahibkarlara Dəstək Proqramının 1-ci mərhələsi üzrə Bakı şəhərində də təqdimat və ilkin təlimlər artıq yekunlaşıb. Belə ki, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetlərində tələbələr təlimlərdə iştirak edərək proqrama qoşulub.

“New Generation” Gənc Sahibkarlara Dəstək Proqramı “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edəcək. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax Şəki-Zaqatala iqtisadi regionlarında icra olunacaq. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən bu layihədə ümumilikdə 2000 gəncin iştirakı nəzərdə tutulub. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 2000 nəfərin müraciəti dəyərləndirildikdən sonra toplanacaq və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün müvafiq təlimlərdən keçəcəklər. 2-ci mərhələdə təlimlər sessiyasını uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcəkdir. 3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaqdır. 6 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını inkişaf etdirərək 4-cü mərhələyə hazırlaşacaqlar. 6 ay ərzində startapçılar təcrübəli mentorlarla çalışacaqlar və mentorların dəstəyi ilə komandaların ilkin variantda məhsul və xidmətlərin yaradılması üzərində işləyəcəklərr. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və kovörkinq mərkəzlərinə yönəldiləcəkdir. Davamında isə növbəti investisiya şansını əldə etmək üçün netvörkinq və investor günlərində iştirak edəcəklər.

Layihəyənin veb-saytı: www.ng.youthinc.az
“Youth Inc.” Sahibkarlıq Proqramının fəaliyyəti ilə bağlı hesabat videosu üçün: youtu.be/0NeKrQhwC2o

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]