Azərbaycan ilə Rusiya arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub - (+FOTOLAR)

Azərbaycan ilə Rusiya arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub (+FOTOLAR)

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev və Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini qəbul edib.

 

Azərbaycan alimlərinin REA-nın müxtəlif elmi mərkəzləri ilə əlaqələrindən danışan AMEA rəhbəri neft və qaz, geologiya, arxeologiya, coğrafiya, fəlsəfə, kosmik tədqiqatlar və digər sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Bu əlaqələrin güclənməsində REA rəhbərliyinin rolunu vurğulayan akademik gələcəkdə də AMEA-nın Rusiyanın müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

 

Görüşdə AMEA və REA arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Akademik Akif Əlizadə qonaqlara AMEA-nın ayrı-ayrı qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tədbiqi və elmin kommersiyalaşması sahələrində görülən işlər barədə məlumat verib. AMEA prezidenti həmçinin Akademiyada geologiya, fizika, informasiya texnologiyaları, geofizika, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən danışıb.

 

Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Roald Saqdeyev birgə aparılan fundamental və tətbiqi araşdırmaların genişlənməsinin, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasının, ikitərəfli kadr mübadiləsinin vacibliyini vurğulayıb.

 

Sergey Tixotski öz növbəsində REA-nın müvafiq qurumlarının AMEA ilə sıx əməkdaşlığından məmnunluğunu bildirərək gələcəkdə də iki ölkə arasında elmi əlaqələrin daha da güclənməsinin zəruri olduğunu qeyd edib.Yer fizikası üzrə aparılan tədqiqatlardan söz açan S.Tixotski bundan sonra da ikitərəflı əməkdaşlığın səmərəli olduğuna əminliyini bildirib.

 

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, REA-nın Yer Fizikası İnstitutunun Geoelektrodinamika laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popova iştirak ediblər.

 

Qeyd edək ki, 2018-ci il üçün "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələrinə əsasən akademik Roald Saqdeyev qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə bu mükafata layiq görülüb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !