Erməni cinayətləri: Dövlət xadimlərinə qarşı terror - - 31 mart soyqırım qurbanlarının xatirəsinə...

Erməni cinayətləri: Dövlət xadimlərinə qarşı terror - 31 mart soyqırım qurbanlarının xatirəsinə...

1919-cu ilin oktyabrında “Daşnaksutyun” partiyasının İrəvanda keçirilən IX qurultayında Türkiyədə və Azərbaycanda guya ermənilərin qırılmasına bais olan türk və azərbaycanlı dövlət xadimlərinə qarşı terror aksiyaları həyata keçirmək qərara alınmışdı. Terror aktlarına rəhbərlik etmək üçün daşnak hökumətinin ABŞ-a göndərdiyi diplomatik nümayəndəsi Armen Qaronun rəhbərliyi altında “Cavabdeh orqan” və terroru maliyyələşdirmək üçün Şahan Çatçaklyanın rəhbərliyi ilə “Xüsusi fond” yaradılmışdı. Həmin terror təşkilatı “qisas” mənasını daşıyan “Nemezis” adlanırdı. Terror aksiyalarına rəhbərlik İstanbulda ermənicə nəşr edilən “Çakatamart” qəzetinin redaksiyasından və Bostondakı “Droşak” qəzetinin redaksiyasından həyata keçirilirdi. Əvvəlcə “Erməni qırğınları”nın baiskarları olduqları iddia edilən 650 nəfər türkün və azərbaycanlının siyahısı tutulmuş, ilk növbədə onlardan 41 nəfərinin qətlə yetirilməsi qərara alınmışdı. “Nemezis” terror təşkilatı 1920-1922-ci illərdə bir sıra qətllər törətmişdir.

 

19 iyun 1920-ci ildə erməni terrorçuları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin baş naziri olmuş Fətəli xan Xoyskini Tiflisdə odlu silahla qətlə yetirmiş, ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədovu isə yaralamışdılar.

 

 

 

 

 

 

 

 

 

19 iyul 1920-ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

15 mart 1921-ci ildə Berlində Türkiyənin sabiq daxili işlər naziri və baş naziri Tələt paşa qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

19 iyul 1921-ci ildə Xalq Cümhuriyyəti hökumətində daxili işlər naziri olmuş Behbud xan Cavanşır İstanbulda qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

 

5 dekabr 1921-ci ildə Türkiyənin sabiq baş naziri Səid Halim paşa Romada erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

 

17 aprel 1922-ci ildə ailəvi gəzinti zamanı, Trabzonun sabiq valisi Cemal Əzim və “Təşkilati Məxsusiyyə”nin qurucularından Bahəddin Şakir Berlində qətlə yetirilmişdir.

 

 

 

 

 

 

 

25 iyul 1922-ci ildə Türkiyənin sabiq hərbi-dəniz naziri Cemal paşa Tiflisdə qətlə yetirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !