Müdafiə naziri Hərbi nəşriyyat, kinostudiya və “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub +FOTO
Bu xəbəri paylaş
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi nəşriyyat, Sənədli və tədris filmləri kinostudiyası, eləcə də “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub.
Müdafiə Nazirliyinin rəhbərliyi tabelikdə olan müəssisələrdə, xidməti və inzibati otaqlarda, həmçinin kinostudiyanın çəkiliş pavilyonunda yaradılmış şəraitlə tanış olub.
Müdafiə nazirinə məruzə olunub ki, müasir texniki avadanlıqlarla təchiz edilmiş müəssisələr bütün növ çap materiallarının nəşr edilməsi, hərbi-tədris və sənədli filmlərin çəkilişi, həmçinin foto və video materialların hazırlanması imkanına malikdir.
Şəxsi heyətlə görüşən Müdafiə naziri gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verib.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
..send- /..гюльага гамбаров /..gülağa qənbərov /..gülağa qəmbərov /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !

