“XEYİRƏ VƏSİLƏ” adlı III xeyriyyə-satış sərgisi keçiriləcək.
Bu xəbəri paylaş
Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin birgə dəstəyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimi Minaxanım Hüseynovanın təşkilatçılığı ilə “XEYİRƏ VƏSİLƏ” adlı III xeyriyyə-satış sərgisi keçiriləcək.
Məqsəd, sərgidə satılan hər bir əsərin məbləğinin 20%-ni valideyinlərini itirmiş tələbələrin təhsil haqqına və uşaq evlərinə xərcləməkdir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyyəti öz əsərləri ilə iştirak edəcəklər.
Sərgidə uşaq evlərini ziyarət edən və maddi dəstək olan insanlar “Təşəkkürnamə”lərlə, satış-sərgidə əsərləri ilə fəal iştirak edənlər isə “Diplom”larla təltif olunacaqlar.