Fizika fənnindən olimpiada keçirilib + FOTO

Fizika fənnindən olimpiada keçirilib + FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə fizika fənnindən olimpiada keçirilib. Olimpiada Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseydə X siniflər arasında təşkil olunub. Bilik yarışında Dəyanət Vəqfi Bakı Türk litseyinin, Gənc İstedadlar litseyinin, Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseyinin, 132-134 saylı təhsil kompleksinin, S.C. Pişəvəri adına Humanitar Fənnlər Gimnaziyasının, Nərimanov rayonu 202 saylı tam orta məktəbin və Masallı rayonu Qəriblər kənd orta məktəbinin iştirak ediblər. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiadanın sualları İnstitutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlanıb. Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I,II, III dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar. Seçilmiş iştirakçılar isə həvəsləndirici diplomlara layiq görüləcəklər. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]